Skip to content
  • Şimali Kipr Türk Respublikası, Avn. Şamdan str-No 12, Yeni İskele 5700
  • +90 533 877 65 50
Facebook-f Instagram Whatsapp
  • Layihələr
  • Şirkət haqqında
  • Şimali Kipr haqqında
    • Niyə şimali Kipr?
  • Xidmətlərimiz
  • Əlaqə
  • AZ
    • EN
    • RU
    • TR
  • Layihələr
  • Şirkət haqqında
  • Şimali Kipr haqqında
    • Niyə şimali Kipr?
  • Xidmətlərimiz
  • Əlaqə
  • AZ
    • EN
    • RU
    • TR

Şimali Kipr haqqında

  • Ana səhifə
  • Şimali Kipr haqqında

Haqqında

Şimali Kipr Türk Respublikası

Şimali Kipr haradır?

Şimali Kipr Türk Respublikası (ŞKTR) – Aralıq dənizində yerləşən Kipr adasının 3355 km2 ərazili bir hissəsidir.

ŞKTR-da kimlər yaşayır?

Şimali Kiprda əsasən türk mənşəli kipr sakinləri yaşayır. Eləcə də, MDB və AB ölkə vətəndaşları da çoxluqdadır. Ümumilikdə 400 minə yaxın əhalisi var.

ŞKTR-da pul vahidi?

Rəsmi pul vahidi Türk Lirəsidir, lakin eləcə də İngilis funt sterlingi, Avro və ABŞ dolları da hər yerdə keçərlidir. Mənzillər yalnız İngilis funt sterlingi və ya Avro ilə satılır və kirayə verilir.

ŞKTR tanınmamış ölkədir?

Şimali Kipr Türk Respublikası bu günə görə yalnız Türkiyə tərəfindən tanılır. Lakin, ŞKTR dünya ölkələri tərəfindən tanınması üzrə genişmiqyaslı işlər aparılır və yaxın zamanlarda həllini tapacaq. 2023-cü ilin İyul ayından Ercan Beynəlxalq Hava limanının yeni böyük binası açılır.

ŞKTR-da qanunvericilik necədir?

Kipr adası keçmiş ingilis kaloniyası olduğu üçün burada soltərəfli yol hərəkətidir (sükan sağ tərəfdə) və sakson qanunvericilik tətbiqdədir. İngilislər məhz ŞKTR-nı çox sevir və hətta burada yalnız İngiltərə vətəndaşları daşınmaz əmlaka sahib ola biləcək kəndlər var. Misal üçün Girne şəhərində yer alan Karaman kəndi ingilislərin ən çox yaşadıqları yerdir.

Kipr iqlimi

ŞK-da yaşamağın əsas üstünlüklərindən biri iqlimdir. Burada bütün 9 ay yay fəslidir. Payız və yazda +15-20°. Yayda istilik dərəcəsi +40° maksimal ola bilər. Lakin, isti hava dəniz küləkləri ilə, dağlarda isə şəfalı hava ilə yumşalır. Qısaca olaraq adanın iqlimi günəş axtaranlar və çimərlik həvəskarları üçün əla yerdir.

Turistik yerlər

Adanın bu tərəfi qumlu dəniz sahilləri çoxluqu ilə tanınır. O cümlədən burada qədimi tarixi abidələr, qalalar, qədimi şəhərlər, kilsə və məsçidlər də var.

ŞKTR-da neçə şəhər var?

ŞKTR-da 3 böyük şəhər var. Paytaxt Lefkoşa, turistik və tələbələr şəhəri Gazimağusa və zəngin təbiəti olan turistik Girne şəhəri.

ŞKTR-da təhsil

Şimali Kiprın təhsil müəssisələrin tam siyahısını internetdə də özünüz tapa bilərsiniz. Lakin, onu qeyd edək ki, DAÜ, Yakın Doğu, GAÜ kimi ali təhsil ocaqlarının diplomları Türkiyədə təsdiqlənib bütün dünyada tanınır. Eləcə də yüksək səviyyəli orta təhsil ocaqları da çoxdur.

ŞKTR-da səhiyyə

Səhiyyə yüksək səviyyədədir. ŞK-da da Türkiyədən geri qalmayaraq saç əkimi mütəxəssisləri var, həmçinin süni mayalanma üzrə ŞK dünyada qabaqcıl yerlərdədir. Yuxarıda qeyd etdiyimiz Yakın Doğu Universitetinin paytaxt Lefkoşada yüksək təcrübəli həkimləri və mütəxəssisləri ilə tanınan böyük xəstəxanası var.

ŞKTR-da təhlükəsizlik

Şimali Kipr olduqca təhlükəsiz bir yerdir. ŞKTR və Kipr Respublikasının qanun təmsilçiləri əlbir işləyir və bu bütün adada yüksək təhlükəsizliyi təmin edir. ŞKTR-da siz nə yüksək hasarlar, nə dəmir baraqlıqlı pəncərələr görməyəcəksiniz. İnsanların bir çoxu hətta avtomobillərini belə açıq qoyub gedirlər.

Gəlin və öz gözünüzlə görün!

Şimali Kipr haqqında sonsuz danışmaq olar. Amma min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır!
Bizim 3 günlük pulsuz Şimali Kipr əmlak turuna yazılın və biz Sizə Şimali Kiprın ən maraqlı yerlərini, tarixi abidələrini, çimərliklərini, yerli zəngin mətbəx və sakinlərinin adətlərini, əyləncə yerlərini və təbiətini göstərəcəyik!

Sən də Şimali Kiprdə mənzil sahibi ol

Yararlı linkər

  • Layihələr
  • Şirkət haqqında
  • Şimali Kipr haqqında
  • Xidmətlərimiz
  • Əlaqə
  • Layihələr
  • Şirkət haqqında
  • Şimali Kipr haqqında
  • Xidmətlərimiz
  • Əlaqə

Əlaqə

  • Şimali Kipr Türk Respublikası, Avn. Şamdan str-No 12, Yeni İskele 5700
  • +90 533 877 65 50
  • Macaristan, Budapeşt
  • +36 30 336 6884
  • [email protected]
Facebook-f Instagram Whatsapp

© Lifeonisland.com. Site by Webline

Müraciət et